Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI

Avqustun 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 58 282 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 690, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 592 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 991 016, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 574 157, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 416 859 təşkil edir.