Azərbaycanda “Fermer evləri” yaradılacaq

media-hightechnic-468x90

скачанные файлы“Azərbaycanda fermerlərin informasiya məsləhət xidmətini təmin etmək üçün “Fermer evləri” yaradılacaq”.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

İ. Quliyevin sözlərinə görə, ilk olaraq pilot layihə kimi “Fermer evi” Qubada təşkil olunub.

“Quba regionunda nümunəvi “Fermer evi” təşkil olunub. Bu “Fermer evi”nin təşkil olunmasında əsas məqsəd fermerin qarşılaşdığı hər hansı bir problemin həllini tapmasıdır. Belə ki, fermer “Fermer evi”ndə çalışan mütəxəssislərə müraciət etməklə onların köməkliyi ilə qarşılaşdığı probleminin həllini tapa biləcək”, – deyə nazir müavini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600