Azərbaycanda iki sosial sığınacaq yaradılacaq
Azərbaycanda əhalinin sosial cəhətdən zəif təbəqələri üçün iki yeni sığınacaq tikilir. Bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazir deyib: “Hazırda Qobustan rayonunda penitensiar müəssisələrdən çıxan şəxslərin adaptasiyası üçün sığınacaq tikilir. İkinci sığınacaq Zabrat qəsəbəsində kimsəsiz uşaqlar üçün inşa edilir. Bundan əlavə, burada bu kateqoriyadan olan uşaqlar üçün peşə reabilitasiya mərkəzi də tikilir. Bu sığınacaqların tikintisinin bu ilin sonunda başa çatacağı gözlənilir”.
Onun sözlərinə görə, gələn ildən ölkənin müxtəlif regionlarında belə sığınacaqların tikintisinə xərclər dövlət büdcəsində nəzərdə tutulacaq. (trend.az)