Keçmiş Səhmdar Kommersiya Aqrar Sənaye Bankının rəhbərliyində təmsil olunmuş Zemfira Kərimova vəfat edib.
Bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.
Qeyd edək ki, Z.Kərimova keçmiş Səhmdar Kommersiya Aqrar Sənaye Bankında İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, sözügedən bank “Aqrarkredit” QSC-nin hüquqi varisidir.
Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 1987-ci ilin dekabrın 24-də keçmiş SSRİ Aqrar Sənaye Bankının Azərbaycan Respublikası Bankı kimi yaradılıb və 1988-ci il yanvar ayının 1-dən fəaliyyətə başlayıb. 1992-ci il oktyabrın 26-dan Azərbaycan Respublikası Səhmdar Kommersiya Bankı kimi təsis edilib və 2001-ci ilədək Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı kimi fəaliyyət göstərib. 2001-ci ildən isə “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı adı altında fəaliyyət göstərir.
www.yenicag.az