!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda kibertəhlükəsizlik: "Sosial şəbəkələrdə xeyli kiber cinayətlər baş verir"

!Reklam – Yazi

“Flame Towers”da (Alov Qüllələri -red) Sosial Tədqiqatlar Mərkəzinin Avropa Birliyi və Avropa Şurası ilə birgə layihəsi olan “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” nəticələrinin təqdimatı mövzusunda tədbir keçirilir.

Yenicag.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezident Adminstrasiyasının QHT ilə iş və kommunikasiya şöbəsinin sektor müdürü Elmir Vəlizadə kiber təhlükəsizlik və cinayətlərlə bağlı fikirlərini bölüşüb.

O, bildirib ki, ölkəmizdə kiber təhlükəsizliyə xüsusi önəm verilir:

“Bunun səbəblərindən biri də qonşularımız olan Ermənistan və İranın kiber hücumlar etməyə çalışmasıdır. Amma heç nəyə nail ola bilmədilər. Aidiyyatı qurumlar belə məsələlərə nəzarət edir. Həmçinin qeyd edim ki, kiber təhlükəsizliklə bağlı təşkil edilən sorğularda bəlli olub ki, vətəndaşlarımızın çoxu bu sahədən xəbərsizdir.

Sosial şəbəkələrdə xeyli kiber cinayətlər baş verir”.

Şəhanə Paşa

www.yenicag.az

509
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv