Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda məhsul və xidmətlərə nə qədər pul xərclənib?

2019-cu ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 50,7 milyard manat olmaqla 2018-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,6 faiz artıb.

Yenicag.az-ın məlumatına görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2018-ci ilin səviyyəsini real ifadədə 3,6 faiz üstələyərək 48,7 milyard manata bərabər olub, onun 49,5 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ilində istehlak bazarında bir istehlakçı orta hesabla ayda 426,2 manatlıq və ya 2018-ci illə müqayisədə 20,9 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

www.yenicag.az

623
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100