!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda məktəbli bıçaqlandı - YENİLƏNDİ

!Reklam – Yazi

Siyəzən Rayon Təhsil Şöbəsi şəhərin C.Cabbarlı adına 1 saylı tam orta məktəbində şagirdin bıçaqlanması ilə bağlı məlumat yayıb.

Təhsil Şöbəsindən bildirilib ki, aprelin 5-də Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəbində böyük tənəffüs zamanı X sinif şagirdi Əliyev Nazim Hikmət oğlu (adlar şərtidir) və IX sinif şagirdi Quliyev Nurlan İlkin oğlu (adlar şərtidir) arasında mübahisə yaranıb.

Qeyd olunub ki, dava zamanı IX sinif şagirdi X sinif şagirdini bel nahiyəsinə bıçaqla zərbə endirib: “Bu zaman hadisədən xəbər tutan məktəbin müəllimləri həmin yerə gələrək şagirdi təcili yardım maşını ilə Siyəzən rayon Müalicə Diaqnostika Mərkəzinə aparıb. Xəstəxanada yaralı şagird əməliyyat olunub. Əməliyyatdan sonra şagird Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. Bu gün üçün şagird ev şəraitində müalicəyə buraxılacaq”.

Xatırladaq ki, xəsarət yetirən şagird barəsində Siyəzən Rayon Polis şöbəsində araşdırma aparılır

 

*** 11:00

 

Siyəzən rayonunda məktəbdə baş verən bıçaqlanma hadisəsinin bəzi detalları məlum olub.

Yenicag.az xəbər verir ki, hadisə aprelin 5-də şəhərin C.Cabbarlı adına 1 saylı tam orta məktəbinin həyətində qeydə alınıb.

Belə ki, IX sinif şagirdi M.X. ilə X sinif şagirdi F.T. arasında əvvəl şəxsi münaqişə zəminində mübahisə düşüb. Daha sonra M.X. üzərində gəzdirdiyi bıçaqla ona xəsarət yetirib.

Bu gün M.X. Siyəzən Rayon Məhkəməsinin qarşısına çıxarılır. Məhkəmənin onun barəsində qərar verəcəyi gözlənilir.

Belə ki, IX sinif şagirdi M.X. (ad, soy adı şərti) mübahisə zəminində X sinif şagirdi F.T.-yə (ad, soy adı şərti) bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, M.X. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov faktı təsdiqləyib.

COP29

www.yenicag.az

1228
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv