!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda mənzillərin kirayəsi bahalaşdı

!Reklam – Yazi

Azərbaycanda mənzillərin kirayəsində bahalaşma davam edir.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən xəbərdə bildirilib ki, bu ilin noyabr ayında Azərbaycanda mənzillərin kirayəsi oktyabr ayı ilə müqayisədə 0,2% bahalaşaraq orta aylıq 92,39 manata çatıb.

Xatırladaq ki, bu ilin yanvar ayında kirayə bazarında 0,1% bahalaşma olub. Fevral və mart aylarında qiymətlər dəyişməyib. Apreldə bazarda 0,2% ucuzlaşma olsa da, mayda qiymətlər 0,4% artıb. İyunda bazarda yenidən sabitlik yaranıb. İyulda 0,1% ucuzlaşma, avqust və sentyabr aylarında isə müvafiq olaraq 0,6% və 0,4% bahalaşma baş verib. Oktyabr ayında mənzillərin kirayəsi sentyabr ayı ilə müqayisədə 0,2% bahalaşıb.

www.yenicag.az

2899
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv