Reklam: High Technic
hightechnic

Azərbaycanda nağd dollar satışı 27% azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin iyul ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 13,965 mln. ABŞ dollarının xalis satışını həyata keçirib.

Yenicag.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilir.

Məlumata görə, ardıcıl beşinci aydır ki, banklar tərəfindən əhaliyə dollar satışı alışı üstələyir. İyul ayında banklar tərəfindən əhaliyə 189,307 mln. dollar satılıb, bu müddətdə isə əhalidən 175,342 mln. dollar alınıb.

İyun ayı ilə müqayisədə xalis nağd dollar satışında əvvəlki ayla müqayisədə 26,8% azalma qeydə alınıb. Belə ki, nağd dollar alışı 18,1%, satışı isə 13% artıb./Report/

www.yenicag.az

457