Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən Trend-ə bildirilib.
Məlumata əsasən, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448, 2017-ci ildə 30 131, 2018-ci ildə 31 432 nəfər olub.
Narkomanların 26 346 nəfəri dispanser, 50 86 nəfəri profilaktik qeydiyyatdadır.
2015-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2 017 nəfər, 2016-cı ildə 2 142 nəfər, 2017-ci ildə 2 115, 2018-ci ildə 1995 nəfər olub.
Ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb.
Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.
Son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 9 nəfər (2017-ci ildə 5, 2016-cı ildə 5), 18-24 yaşlı 1734 nəfər (2017-ci ildə 1566, 2016-cı ildə 1447 nəfər), 25-29 yaşlı 4367 nəfər (2017-ci ildə 4225, 2016-cı ildə 4076), 30-34 yaşlı 4722 nəfər (2017-ci ildə 4 463, 2016-cı ildə 4239), 35-39 yaşlı 4841 nəfər (2017-ci ildə 4657, 2016-cı ildə 4542), 40-44 yaşlı 3856 nəfər (2017-ci ildə 3 707, 2016-cı ildə 3670), 45-49 yaşlı 3581 (2017-ci ildə 3408, 2016-cı ildə 3313), 50-54 yaşlı 3078 nəfər (2017-ci ildə 2 891, 2016-cı ildə 2818), 55-59 yaşlı 2405 nəfər (2017-ci ildə 2275, 2016-cı ildə 2266), 60-64 yaşlı 1865 nəfər (2017-ci ildə 1 875, 2016-cı ildə 1931), 65 yaşdan yuxarı isə 974 nəfər (2017-ci ildə 1062, 2016-cı ildə 1142) narkotik istifadəçisi var.
Qeyd edək ki, 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) olmayıb.
Azərbaycanda narkomanlar daha çox opiat qrupuna daxil olan narkotiklərdən – tiryək, heroin və kokosdan istifadə edirlər.
www.yenicag.az