Müğənni Nadir Qafarzadə qız uşağı götürüb saxlamaq arzusundan danışıb.
Yenicag.az xəbər verir ki, müğənni “Hər şey daxil” verilişində Tolikin “qız uşağı götürüb saxlamaq istərdinmi” sualına cavab verərkən, qohumunun başına gələn dəhşətli hadisəni xatırladıb:
“Çox istəyirəm, qız uşağı götürüb, saxlayım. Amma həyat yoldaşımın bibisi vardı. Götürüb uşaq saxladı. Uşaq gəlib oldu narkoman. Evdə xanımın hər şeyini satdı. Qızılları, karatlarla brilyantları vardı. Həyat yoldaşı qazanan, ziyalı kişi idi. İndi o qadın rəhmətə gedib. Oğlan da deyəsən tutulub. Həyat yoldaşım hərdən deyir ki, bibimi yada salın”.
Nehru
www.yenicag.az