Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Azərbaycanda pensiyaların ARTIM EHTİMALI: “Ən azı 350-400 manat...”

“Pensiya məbləği hesablanarkən, minimal yaşayış həddi və digər kriteriyalar nəzərə alınır”.


Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə əmək pensiyalarının tələb olunan minimum həddi haqda danışan iqtisadçı İlham Əzizov deyib.

Bu il oktyabrın 1-dən etibarən, Azərbaycanda əmək pensiyalarının minimum məbləği 200 manata çatdırılıb. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, bu tendensiya gələn il də davam etdiriləcək və orta aylıq əmək haqqının artım nisbətinə uyğun olaraq, təqaüdlər 14-15 faiz civarında artırılacaq. Bəs nəzərdə tutulan bu artım təqaüdçülərin maddi durumuna necə təsir göstərəcək?

İlham Əzizovun sözlərinə görə, ölkədə əmək pensiyalarının məbləği aşağıdır və hökumətin bu məbləği iki dəfə artırmaq imkanı var:

“Pensiya məbləği hesablanarkən, minimal yaşayış həddi nəzərə alınır. Mövcud reallıq bundan ibarətdir ki, hazırda ölkəmizdə pensiyaların məbləği aşağıdır.

Bu baxımdan, 14 – 15%-lik artım təqaüdçülərin sosial vəziyyətinə ciddi təsir göstərməyəcək. Bir təqaüdçünün aylıq ehtiyaclarının qarşılanması üçün pensiyanın minimum məbləğinin 350-400 manat olması məqsədəuyğundur.

Hökumət büdcə xərclərini optimallaşdırmaq və nəzarəti gücləndirməklə, pensiyaların məbləğini iki dəfə artıra bilər. Eyni zamanda, bir çox vətəndaşların qeyri-qanuni şəkildə pensiya almalarına son qoymaq üçün ciddi tədbirlərin görülməsinə ehtiyac var”.

Dilbər Məmmədova

www.yenicag.az

1493
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM