Azərbaycanda polisə qarşı zor tətbiq edildi
Yanvarın 17-də saat 23 radələrində Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Yenicag.az-a Goranboy rayon Prokurorluğundan məlumat verilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmış,
hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Vüsal İsgəndərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.