Azərbaycanda qadınlar kişilərdən daha çox yeyir
Azərbaycanda qadınlar kişilərlə müqayisədə çörək məhsullarından daha çox istifadə edir. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Məlumatda bildirilib ki, ölkə əhalisinin qadın cinsinə mənsub nümayəndələri 2014-cü ildə adambaşına 140,2 kq çörək məhsulları istehlak ediblər. Bu göstərici kişlər arasında 139,7 kq olub. 2013-cü ildə bu rəqəmlər qadınlar arasında 141,9, kişilər arasında isə 141,5 kq olub.
2014-cü il ərzində süd və süd məhsullarından qadınlar 275,4 kq, kişilər 274,1 kq istifadə edib. Bu göstərici 2013-cü illə müqayisədə xeyli aşağı düşüb. Belə ki, 2013-cü ildə qadınlar bu ərzaq növünü il ərzində 292 kq istehlak edib. Kişilərdə isə bu göstərici 284,1 kq olub.
Ötən il ərzində qadınlar 156,7, kişilər 157,7 ədəd yumurta istehlak edib.
Məlumatda o da bildirilib ki, 2013-cü illə müqayisədə hər iki cinsin nümayəndələri meyvə və giləmeyvə istehlakını artırıb, qənd və qənnadı məmulatlarının istehlakını azaldıb. Qadınlar və kişilər 2013-cü ildə adambaşına 75 kq meyvə yedikləri halda, ötən il bu göstərici 77 kq olub. Qənd və qənnadı məhsullarının istehlakını isə hər iki cinsin nümayəndələri azaldaraq 31 kq-dan 30 kq-a endiriblər(report).