!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda qızıl hasilatı 29% azalıb

!Reklam – Yazi

Azərbaycanda 2018-ci ilin yanvar-avqust ayları ərzində 2 802,2 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,8% azdır.

Yenicag.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, 1 sentyabr 2018-ci il tarixinə hazır məhsul ehtiyatı 25,3 kq təşkil edib.

Bu ilin yanvar-avqust ayları ərzində gümüş hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə artaraq 1 133,6 kq-a çatıb.

Qeyd edək ki, Azərbaycanda 2017-ci il ərzində 2016-cı illə müqayisədə 3,4 dəfə çox – 6,391 ton qızıl hasil olunub.

Hazırda Azərbaycanda qızıl “AzerGold” QSC və Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkəti tərəfindən hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

www.yenicag.az

3769
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv