Azərbaycandan Rusiyaya 818 min nəfər turist səfər edib

media-hightechnic-468x90

images2014-cü ildə Azərbaycandan Rusiyaya turizm məqsədi ilə 818 min nəfər səfər edib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Statistika Federal Xidmətinin (Rosstat) yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, 2014-cü ildə Rusiyaya 25,4 milyondan çox turist səfər edib. Ötən il turizm məqsədi ilə Rusiyaya gedən əcnəbilərin sayına görə ilk yeri Ukrayna (8,4 milyon nəfər) tutur. İkinci yerdə Qazaxıstan (3,7 milyon), üçüncü yerdə isə Polşa (1,8 milyon nəfər) qərarlaşıb.

Siyahıda növbəti yerləri Finlandiya (1,4 milyon), Özbəkistan (874 min), Çin (874 min), Azərbaycan (818 min), Moldova (618 min), Ermənistan (601 min) və Almaniya (548 min) bölüşüblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600