!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda şəkərli diabetə görə ayağı kəsilənlər – Bu üsulla sağlam olun

!Reklam – Yazi

photoSon illər dünyada, eləcə də ölkəmizdə ən geniş yayılan xəstəliklərdən biri də şəkərli diabetdir.

Yeniçağ.Az “Faktor.az”-a istinadən xəbər verir ki, bu gün dünyada 390 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir.

Ən pisi odur ki, bir o qədər də insan bu xəstəliyin daşıyıcısı və ya ona meyillilik qrupunda olduğu halda bundan xəbərsizdir. Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir.

Tibbi araşdırmalara görə, Azərbaycanda təxminən 212 min 670 nəfərdən çox adam şəkərli diabetlə qeydiyyatdadır. Onlardan 1300 nəfəri uşaq və yeniyetmələrdir, I tip xəstələr isə 28 min nəfər təşkil edir.

Şəkərli diabet- endokrin sistemin xroniki xəstəliyi olub, qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksəlməsi ilə muşayiət olunur. Xəstəlik orqanizmdə (mədəaltı vəzidə) insulin istehsalının azalması və ya orqanizmdəki hüceyrələrin insulinə olan həssaslığının azalması nəticəsində inkişaf edir. Bu zaman orqanizmdə qlükozanın tam mənimsənilməməsi və mübadilə prosesinin düzgün getməməsi səbəbindən damarlarla bərabər, sinir ucları da zədələnir. Nəticədə hissiyyat azalır və hətta demək olar ki, tamamilə itir.

1357888884_diabet-insulin

Sözügedən hal özünü daha çox aşağı ətraflarda göstərir. Məhz buna görə də dar ayaqqabıdan istifadə zamanı kiçik zədələnmə yaxud sıyrıntı belə sağalmayan yaraların əmələ gəlməsinə səbəb ola bilir. Bəzi hallarda isə bu cür kiçik yaralar daha ağır fəsadlara səbəb olur və əksər hallarda aşağı ətraflarda, xüsusilə barmaqların amputasiyası qaçılmaz olur.

Tibbin bəzi sahələrinin, xüsusilə də bioloji təbabətin bu cür xəstəliklərin müalicəsində rolu əvəzsizdir.

Yaxın Şərq, Türkiyə və Rusiya kimi ölkələrdə də müalicə yalnız cərrahi yolla aparılır. Bu zaman “tutulmuş” damarlar xüsusi cərrahi metodla açılır. Xəstəlik inkişaf edib qanqrena halına çatıbsa, bu zaman amputasiya edilir.

Hazırda Azərbaycanda cərrahi müdaxiləyə ehtiyac olmadan, rahatlıqla xəstəliyin konservativ müalicəsi mümkündür.

Təəssüf ki, şəkərli diabet zamanı yaranan “diabetik pəncə”nin müalicəsi ilə bağlı cəmiyyət məlumatsızdır.

Konservativ müalicənin mümkünlüyü hələ də çox adama məlum deyil

Biotənzimləyici terapiya üsulu ilə diabetik pəncə və xoralaşmış trofiki yaralar böyük uğurla müalicə edilməkdədir. Ölkəmizdə yüzlərlə, aşağı ərtafın və ya pəncənin amputasiyasına göstərişi olan xəstə biotənzimləyici təbabət metodları ilə müalicə olunaraq öz sağlamlıqlarına qovuşub.

Qeyd edək ki, şəkərli diabet xəstələri xəstəliyin fərqinə vardıqları ilk andan etibarən düzgün ünvana müraciət edərək xəstəliyin bütün fəsadlarının qarşısını ala bilərlər. Zamanında edilən professional müdaxilə, orqanizmin müdafiə qüvvələrinin səfərbər olunmasına və özünübərpa sistemlərinin aktivləşməsinə yardım edəcəkdir.

Yeniçağ.Az

COP29

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv