Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

media-hightechnic-468x90

Bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,3 milyard manat yaxın olub.

media-banner_tkm

Yenicag.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,9 % artaraq 1,5 milyard manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 14,7 % artaraq 83 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,1 % artaraq 62,9 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 9,1 % artaraq 403,4 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,3 % artaraq 286,3 milyon manat olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05