Azərbaycanda vəzifəli şəxs qız qaçırdı

media-hightechnic-468x90

Gədəbəydə qızqaçırma hadisəsi olub.

Yenicag.az Oxu.az-a istinadla xəbər verir ki, Alim İsmayılov adlı şəxs rayon ərazisində müəllimə kimi çalışan qızı qaçırıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı A.İsmayılov Yevlax rayonu ərazisində saxlanılıb.

Qız ailəsinə təhvil verilib. A.İsmayılov barəsində Gədəbəy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.İsmayılov Gədəbəy Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600