!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yaşayış binasında partlayış baş verdi: Ölənlər var - YENİLƏNDİ 2 / VİDEO

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından daha bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

***20:18

Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə Bilasuvarda yaşayış binasında ilkin ehtimala görə qaz sızması nəticəsində partlayışın olduğu barədə məlumat daxil olub.

Bu barədə Yenicag.az-a FHN-dən bildirilib.

Məlumata əsasən, hazırda FHN qüvvələri hadisə yerinə cəlb edilib.

Müəyyən edilib ki, partlayış binanın sonuncu mərtəbəsində baş verib, nəticədə binanın damı uçub.

***

Biləsuvarda yaşayış binasında partlayış olub.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.

Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

COP29

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv