Azərbaycanda yeni sənaye məhəllələri yaradılacaq

media-hightechnic-468x90

86075Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən ölkədə yeni sənaye parkları yaradılacaq.
2015-2017-ci illərdə Sumqayıt Kimya Sənaye Parkında infrastruktur işlərinin yekunlaşdırılması, parkın fəaliyyətinin təkmilləşdirilməsi işi aparılacaq.

Həmin illərdə, həmçinin Balaxanı Sənaye Parkında infrastruktur işlərinin yekunlaşdırılması, parkın fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Yaxın 2 il ərzində Yüksək Texnologiyalar Parkının infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili planlaşdırılır.

Dövlət Proqramına əsasən 2015-2018-ci illərdə Gəncədə sənaye parkının yaradılması, infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili nəzərdə tutulur.

Həmçinin bu illərdə Mingəçevirdə sənaye parkının yaradılması, infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili gözlənilir.

2015-2020-ci illərdə sənaye klasterlərinin yaradılmasına dair təkliflər hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Proqramda sənaye məhəllələrinin yaradılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi də qeyd olunub. (trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600