Azərbaycandan turist axını azaldı

media-hightechnic-468x90

Bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azalaraq 1 milyon 774,9 min nəfər olub.

Yenicag.az xəbər verir ki, vətəndaşların 42,0 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,2 faizi İrana, 23,4 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 63,7 faizini kişilər, 36,3 faizini qadınlar təşkil edib.

1 il əvvələ nisbətən Gürcüstana gedənlərin sayı 22,1 faiz, İrana gedənlərin sayı 4,3 faiz artıb, Rusiyaya gedənlərin sayı isə 31,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,8 faiz azalıb.

10 ayda xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 70,3 faizi hava, 27,8 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa