Azərbaycanın ABŞ-dakı səfirliyi Harvi qasırğası ilə bağlı bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib.
Yenicag.az-ın Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, Texas ştatında davam edən Harvi qasırğası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyində “qaynar xətt” fəaliyyət göstərir: “Təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlardan ABŞ-ın bu bölgəsinə səfər etməmələri tövsiyə olunur. Təbii fəlakət zonasında olan vətəndaşlarımızdan yerli dövlət qurumlarının təlimatlarına riayət etmələri və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinin telefon nömrələrinə zəng etmələri xahiş olunur”.
www.yenicag.az