Azərbaycanın “Avroviziya”da çıxış sırası açıqlandı

media-hightechnic-468x90

Avropa Yayım İttifaqı (EBU) “Avroviziya-2026” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalında iştirak edəcək ölkələrin səhnəyə çıxış sıralamasını təqdim edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, birinci yarımfinalda səhnəyə ilk olaraq Moldova nümayəndəsi çıxacaq, sonda Serbiya təmsilçisi çıxış edəcək.

İkinci yarımfinalın açılışını Bolqarıstan, bağlanışını Norveç edəcək. Azərbaycan təmsilçisi ikinci yarımfinalda ikinci sırada çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanı “Avroviziya-2026” Beynəlxalq Mahnı Müsabiqəsində JIVA “Just Go” mahnısı ilə təmsil edəcək.

70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Birinci yarımfinal mayın 12-də, ikinci yarımfinal mayın 14-də, final isə mayın 16-da baş tutacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05