Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Azərbaycanın “Eurovision-2020”də iştirakı rəsmən təsdiqləndi

Azərbaycanın “Eurovision-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Yenicag.az-a verilən məlumata görə, gələn il mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı qeydə alınıb.

“Avroviziya” Mahnı müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində “Ahoy Arena”da keçiriləcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya”nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

www.yenicag.az

2849
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM