Azərbaycanın futzal millisi böyük hesabla uduzdu

Azərbaycanın futzal millisi yoxlama oyununda Bosniya və Herseqovina yığması ilə üz-üzə gəlib.

Yenicag.az xəbər verir ki, Zenitsa şəhərində keçirilən qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Vitali Borisovun rəhbərlik etdiyi yığma ötən gün keçirilən yoxlama görşündə Bosniya və Herseqovinaya 0:7 hesabı ilə məğlub olmuşdu.