Azərbaycanın göndərdiyi humanitar yardım ünvana çatdırıldı - VİDEO

media-hightechnic-468x90

Azərbaycanın Rohingya müsəlmanlarına göndərdiyi humanitar yardım ünvana çatdırılıb.

Yenicag.az FHN-nin saytına istinadla xəbər verir ki, “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilmiş gündəlik tələbat malları və ərzaq məhsullarından ibarət humanitar yardım sentyabrın 9-u Dəkkə Həzrət Şahcəlal Beynəlxalq aeroportunda Banqladeş hökumətinin nümayəndələrinə təhvil verilib.

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən sentyabrın 8-də axşam saatlarında 100 ton humanitar yardım göndərilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600