“Azərbaycanın inkişafı gözə görünmür…” – Əflatun Amaşov

media-hightechnic-468x90

Aflatun_Amashov_021009_4gƏflatun Amaşov: “Avropa Oyunları ilə bağlı yazılan yazılarla əlaqədar monitorinq aparırıq, hazırda məhz daha çox belə məqamlara diqqəti artırmışıq”

Təəssüf ki, nəinki təkcə xaricdə, hətta ölkə daxilində belə Azərbaycanda keçiriləcək Avropa Oyunları əleyhinə yazılara rast gəlinir. Bəzi mətbu orqanlarda bu hadisə lazımsız, əhəmiyyəti olmayan tədbir kimi təqdim olunur.

Görəsən, Mətbuat Şurası Avropa Oyunları əleyhinə yönəlik yazıların monitorinqini aparırmı? Bu barədə neqativ ruhda yazanlarla bağlı hansısa cəza mexanizmləri varmı?

Mətbuat Şurasının sədri Əflatun Amaşov Yenicag.az-a açıqlamasında qedy etdi ki, Avropa Oyunları ilə bağlı yazılan yazılarla əlaqədar Mətbuat Şurası monitorinq aparır: “Bu hissədə məhz daha çox belə məqamlara diqqəti artırmışıq. Məsələnin mahiyyətinə gəldikdə, Avropa Oyunlarının Azərbaycanın inkişafında önəmini dəyərləndirməliyik. Bunu nəzərə alaraq gərəkdir ki, Azərbaycanın bu tarixi şansını yüksək qiymətləndirək. Təkcə jurnalist deyil, hər bir vətəndaş belə etməlidir, həmin oyunların ölkəmizdə keçirilməsinə məhz bu müstəvidən yanaşmalıdır. Eyni zamanda, oyunlarla bağlı istər ölkə daxili, istərsə da xaricində neqativ meyllərin yaranmasını da diqqətdə saxlamalıyıq. Nəyə görə bu oyunlarla bağlı Azərbaycan KİV-i neqativ yazmalıdır?  Bunun da mahiyyətini anlamaq üçün Azərbaycanla digər ölkələrin inkişaf dinamikasını özümüz üçün müəyyənləşdirməliyik. Azərbaycan gənc dövlət olsa da, iqtisadi inkişaf sürətinə görə dünyada öncüllər sırasındadır. Azərbaycana qarşı qara piarın arxasında ölkəmizin qarşılaşdığı problemin həllinə maneə olmaq meyarı dayanır. Azərbaycanın inkişafı gözə görünmür, onun problemləri isə qabardılaraq şişirdilir. Burada da məqsəd daxili sabitliyin pozulmasına çalışmaq və Qarabağ probleminin həllinə əngəl olmaqdan ibarətdir. Bütün bunların müqabilində də hakimiyyətlə xalq arasında uçurum yaradıb, ictimai siyasi vəziyyəti gərginləşdirmək istəyirlər. Əminəm ki, Azərbaycanın əksər jurnalistləri prosesin nədən qaynaqlandığını dərk edir, Avropa Oyunlarına münasibətini məhz bunları nəzərə alaraq müəyyənləşdirir”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600