Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycanın qeyri-neft sektorunda istehsal 9,1 faiz artıb

“Sənaye potensialımızın inkişafı ilə bağlı keçən ilin göstəriciləri çox müsbətdir. Sənayenin qeyri-neft sektorunda istehsal 9,1 faiz artıb”.

Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident bütün bu işlərin təməlində düşünülmüş siyasətin dayandığını bildirib:

“Sənaye zonalarının, sənaye məhəllələrinin, sənaye parklarının yaradılması geniş vüsət alıb. Nəinki Sumqayıtda, indi Gəncədə, Mingəçevirdə və digər şəhərlərdə də bu proses gedir. Bu günə qədər bizim sənaye parklarımızda 67 rezident var. Onlardan 40 rezident artıq fəaliyyətdədir. Sənaye parklarında həyata keçirilən layihələrə nəzərdə tutulan sərmayə 5 milyard manatdan çoxdur. Bu layihələr nəticəsində 11 min yeni iş yeri yaradılıb. Bu proses davam etdiriləcək. Bu il də sənaye zonalarının yaradılması nəzərdə tutulur”.

İlham Əliyev investisiya təşviqi mexanizminin işə düşməsinin də çox ciddi islahat olduğunu diqqətə çatdırıb:

“Bu proqram 333 layihəni əhatə edir. Onlardan 107-si 2018-ci ildə icra edilib. İnvestisiya təşviqi proqramı çərçivəsində həyata keçirilən layihələrin dəyəri 2,8 milyard manatdır. Bu layihələrin icrası nəticəsində 12 min iş yeri yaradılıb. İndi baxın, əgər biz bu mexanizmə keçməsəydik, bunu tətbiq etməsəydik, ölkə iqtisadiyyatına 2,8 milyard manat qoyulmayacaq”.

“Bu, islahatların nə qədər vacib olduğunu bir daha göstərir. Bəzi hallarda artıq o sözə sadəcə öyrəşirlər. Amma islahat çox böyük məna daşıyır. İslahat nəticəsində dünya inkişaf edir, ölkələr inkişaf edir, yeni imkanlar yaranır. Ona görə islahat məqsədyönlü olmalıdır. Biz elə islahatlar aparırıq ki, həm makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların rifahına, onların rahat yaşamasına xidmət edir, o cümlədən bax, bu sahibkarlıqla bağlı aparılan islahatlar. Görün, nəticələr nə qədər təsirlidir”, – deyə dövlət başçısı bildirib./Report/

www.yenicag.az

1401
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS