!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın yanacaq bazarındakı absurd: İdxal benzini niyə ucuzlaşmır?

!Reklam – Yazi

İlin əvvəlindən bu yana dünya bazarlarında neftin qiyməti müəyyən qədər sabitləşsə də, Azərbaycana idxal olunan benzinin qiymətində azalma müşahidə edilmir.

Bu tendensiyanın səbəbini OilGas.az-a izah edən neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyevin fikrincə, dünya birjalarında neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanda idxal benzinin qiymətinin aşağı düşməməsi neft məhsullarının emal və idxalının dövlətin nəzarətində olması ilə bağlıdır:

“Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə paralel neft məhsullarının qiymətində də kəskin azalmalar müşahidə olunur. Avropa, Amerika, Asiyanın enerji bazarlarında analoji hallar mövcuddur. Digər tərəfdən, Avropadakı neft emalı zavodlarının böyük əksəriyyəti yüksək marjla işləyirlər.

Təsəvvür edin ki, iri neft emalı müəssisələrində hər bir barrel üçün emal marjı 11-12 dollar arasında dəyişir. Bu isə böyük həcmdə qazanc deməkdir. Onun qarşılığında neft məhsullarının topdansatış, həm də pərakəndə satış seqmentində qiymətlərin aşağı düşməməsi məntiqə ziddir.

Məntiqlə, neftin dünya bazarındakı füçers qiymətləri qalxdıqca, neft məhsullarının qiyməti də paralel olaraq bahalaşır. Neftin qiyməti beynəlxalq bazarda ucuzlaşan kimi, analoji hal paralel şəkildə özünü neft məhsullarının qiymətində də göstərir. Bu, bazarın qaydasıdır.

Ancaq yanacaq-sürtkü materialları və emal müəssisələri dövlətin nəzarətində olan ölkələrdə yanacağın qiyməti neftin dünya bazarlarında bahalaşıb-ucuzlaşması ilə müəyyənləşmir. Bu tip ölkələrə Rusiya, Azərbaycan və digərlərini aid etmək olar.

Yəni ancaq liberal bazarın mövcud olduğu ticarət meydanlarında neftin qiymətinin aşağı düşməsi ilə paralel olaraq, neft məhsullarının qiymətində də adekvat vəziyyət yaranır. Son dövrlər neftin qiymətinin aşağı düşməsinin əsas fundamental səbəblərindən biri dünya üzrə kifayət qədər neft ehtiyatının yığılmasıdır. Yəni hazırda normadan artıq sərbəst fiziki həcmlər mövcuddur. Ona paralel olaraq enerji bazarlarında neft məhsullarının profisiti müşahidə olunur.

Məsələn, Avropada aparıcı Amsterdam, Rotterdam, Antverpen kimi enerji meydançalarında 1 trilyon barreldən çox benzin və mazut yığılıb. Bu da son iki-üç ildə müşahidə edilən ən yüksək göstəricidir.

Rotterdam Avropanın şimal-qərbini nəzarətdə saxlayan enerji şəbəkəsidir. Burada neft məhsullarının profisiti müşahidə edilirsə, necə ola bilər ki, Avropa bazarlarında benzinin qiyməti baha qalsın?”

Yenicag.az

www.yenicag.az

1124
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv