Azərbaycanla oyunda daha 3 xal qazana bilərik
Xorvatiya millisinin müdafiəçisi Dario Srna “Avro-2016″nın seçmə mərhələsində qarşılaşacaqları İtaliya ilə oyun haqda fikirlərini bölüşüb.
Azərbaycanla oyuna da toxunan təcrübəli futbolçu Bakıdakı görüşdə də 3 xal qazana biləcəklərini deyib:
“Hiss edirəm ki, çoxları İtaliya ilə matçın həlledici olacağını söyləyirlər. Ancaq bu, belə deyil. Hələ qarşıda çox oyun var. Malta və Azərbaycanla oyunlarda daha 3 xal qazana bilərik. İtaliya ilə oyun isə daha maraqlı olacaq. Proqnoz? İtaliya öz meydanında oynayacaq. Şansları 60-ın 40-a nisbəti kimi dəyərləndirərdim”.
Qeyd edək ki, noyabrın 16-da keçiriləcək İtaliya – Xorvatiya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.(milli)