Litvanın “Yonava” klubunun yeni transferi Kamran Quliyevin debütü uğurlu alınıb.
Yenicag.az xəbər verir ki, gənc futbolçu “Daynava Alytus”la yoxlama matçında iki qol vurub.
18 yaşlı hücumameyilli yarımmüdafiəçinin komandası yekunda 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Kamran Quliyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidir.
www.yenicag.az