!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı gəlini motosikletlə nikaha aparan türk "damat" - FOTO

!Reklam – Yazi

Türkiyənin Kastamonu şəhərində azərbaycanlı qızla evlənən türk maraqlı addım atıb.

Yenicag.az xəbər verir ki, türkiyəli bəy gəlin maşını olaraq çox sevdiyi üç təkərli motosikleti seçib.

Motosikleti görən gəlin Nazilə Məsimova təəccübünü gizlətməyib və sevdiyi şəxsin istəyi ilə “gəlin maşını”na əyləşib.

Məsələ burasındadır ki, kürəkən Kamal Azərbaycana gələrək, gəlinin ailəsiylə tanış olub, toy üçün razılıq aldıqdan sonra Türkiyəyə qayıdıb.

Daha sonra toy hazırlıqlarına başlayan bəy, uşaqlıqdan bəri çox sevdiyi motosikleti gəlin maşını edib.

Həmçinin o, motosikletin üzərinə Türkiyə və Azərbaycan bayrağını da asmağı unutmayıb.

Yenicag.az

www.yenicag.az

1018
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv