Azərbaycanlı hərbçilər təlimdə iştirak üçün Türkiyəyə getdilər
Naxçıvan Muxtar Respublikasının hərbi bölmələri Türkiyəyə səfər edib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bölmələr 14-cü Mexanikləşdirilmiş Piyada Briqadasının komandanlığında keçiriləcək “Heydər Əliyev-2026” təlimlərində iştirak edəcək.
Bildirilir ki, Türkiyənin 5-ci Sərhəd Briqadasının şəxsi heyəti Həsrət körpüsündə Azərbaycan hərbçilərini qarşılayıb və bayraq mərasimi təşkil olunub./Apa/













