!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı tələbə 15 ilədək həbs edilə bilər - Minskdə

!Reklam – Yazi

Minsk şəhərinin Zavodski rayon məhkəməsində Aleksey Krivoşeyin qətlə yetirilməsi ilə bağlı iş üzrə proses başlayıb, cinayətin törədilməsində Bakıdan olan tələbə Rüstəm Rəhimov ittiham olunur.

Yenicag.az xəbər verir ki, gənclər arasında qız üstündə uzun müddət davam edən münaqişə olub. R.Rəhimov 2018-ci ilin noyabr ayında “Minqaz”da çilingər işləyən A.Krivoşeyi söhbətə çağırıb. Yaranmış mübahisə zəminində A.Krivoşey bıçaq yarası alıb və sonradan kəskin qan itkisinə görə ölüb.

Azərbaycan vətəndaşı olan R.Rəhimov Bakıda anadan olub və 2018-ci ilin payızında Aviasiya Akademiyasının ikinci kursunda təhsil alıb.

O, indi 6 ildən 15 ilədək həbs cəzasına məhkum edilə bilər. Təqsirləndirilən şəxs ittihamları qəbul etməyib.

www.yenicag.az

5617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv