Azərbaycanlı Türkiyədə intiharın qarşısını aldı
Türkiyədə azərbaycanlı intiharın qarşısını alıb.
Hadisə Trabzon şəhərinin Çömlekçi məhəlləsində qeydə alınıb. Merdiven küçəsindəki binaların birinin zirzəmisində 35 yaşlı şəxs özünə qəsd etmək istəyib.
Bu məqsədlə o damarlarını kəsməyə cəhd edib. F.T adlı şəxsin intihar edəcəyini bilən 45 yaşlı adı açıqlanmayan azərbaycanlı qadın ona mane olmağa çalışıb. İki nəfər arasında mübarizə nəticəsində qadın huşunu itirib.
Bundan sonra intihara cəhd edən şəxs özü küçəyə çıxaraq kömək istəyib.Damarlarını kəsən şəxs ağır yaralı olaraq xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb(anspress).