!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlılar Avropada yeni xəbər portalı yaratdı

!Reklam – Yazi

Avropada azərbaycanlılar yeni xəbər portalı yaradıblar. Xəbər portalı Polşadakı “Varşava Azərbaycanlılar Birliyi”, “Vrotslav Azərbaycan Cəmiyyəti” və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə yaradılıb.

Komitədən Yenicag.az-a verilən məlumata görə, sayt polyak və Azərbaycan dillərində yayımlanır və “AzPolNews” adlanır. www.azpolnews.pl xəbər portalının gələcəkdə ingilis dilində də versiyasının istifadəyə verilməsi nəzərdə tutulub.

Xəbər portalı Avropa ilə ölkəmizin əlaqələrinin informasiya mənzərəsini yaratmaq məqsədilə təsis edilib. Bundan sonra Avropada Azərbaycan diasporunun gördüyü işlər, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin Avropadakı fəaliyyəti barədə xəbər və reportajları, müfəssəl məlumatı həmin portal vasitəsilə izləmək mümkün olacaq.

Polşadakı yerli jurnalistlər yeni saytla ciddi əməkdaşlıq edirlər. Müxtəlif diaspor təşkilatlarında təmsil olunan azərbaycanlı gənclər, Azərbaycanın Polşadakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi bundan sonra da Avropada informasiya xidmətləri sahəsində yeni birgə layihələrə imza atmaq niyyətindədirlər.

www.yenicag.az

9502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv