Türkiyə Silahlı Qüvvələrinin Afrindəki əməliyyatı davam edir. Türkiyə Azad Suriya Ordusunun iştirakı ilə Suriyanın Afrin şəhərində YPG terrorçularına qarşı “Zeytun budağı” adlı əməliyyat keçirir.
Əməliyyat çərçivəsində 25 min nəfərlik ordu qüvvələri bir neçə istiqamətdən Afrin rayonu ərazisinə daxil olub və terrorçulara sarsıdıcı zərbələr endirib.
XİN rəsmisi Hikmət Hacıyev də Afrin əməliyyatıyla bağlı verdiyi açıqlamasında qeyd edib ki, Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir.
Bəs, görəsən Azərbaycan cəmiyyətinin keçirilən əməliyyat haqqında fikri nədir? Azərbaycan xalqının terrorçularla mübarizə aparıb, əməliyyatda iştirak edən Türkiyə əsgərlərinə hansı sözü var?
Yenicag.az Bakının mərkəzi küçəsində sorğu keçirərək, əhalinin bu duruma münasibətini öyrənib. Həmin video sorğunu sizə təqdim edirik:
Elvin Paşazadə
Cəmalə
www.yenicag.az