!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlıların ən çox getdiyi ÖLKƏLƏR - STATİSTİKA

!Reklam – Yazi

2020-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz artaraq, 820,6 min nəfər olub.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Ölkə vətəndaşlarının 38,4 faizi İrana, 29,1 faizi Gürcüstana, 17,3 faizi Rusiya Federasiyasına, 9,9 faizi Türkiyəyə, 5,3 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 67,8 faizini kişilər, 32,2 faizini qadınlar təşkil edib.

Bu dövrdə Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 19,9 faiz, İrana gedənlərin sayı 13,4 faiz, Türkiyəyə gedənlərin sayı 8,7 faiz artıb. Rusiya Federasiyasına gedənlərin sayı isə 1,7 faiz azalıb.

www.yenicag.az

651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv