“Azəriqaz” abonentlərinin sayını açıqlayıb

media-hightechnic-468x90

2017-ci ilin yanvar-noyabr ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 80 458 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, bunun 42336-sı Bakı, Abşeron və Sumqayıt, 38122-si isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2085225-ə çatıb.

Onu da qeyd edək ki, 1 dekabr 2017-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 464 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600