!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“AzerRos” bu gün yeni prezidentini seçir

!Reklam – Yazi

soyun_s_a_bbas_a“AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti bu gün Moskvada növbədənkənar qurultay keçirir. Bu barədə qurumun Ağsaqqllar Şurasının üzvü, Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri Vidadi Abbasov məlumat verib.

Qurultayda təşkilati məsələlərə baxılacağı və “AzerRos”un yeni prezidentinin seçiləcəyi gözlənilir.

Xatırladaq ki, bu il yanvarın 17-də təşkilatın prezidenti Asif Məhərrəmov istefa verib. Bundan sonra qurumun liderləri olan Söyün Sadıqovla Abbas Abbasovun yolları ayrılıb və tərəflər bir-birləri haqda qarşlılıqlı ittihamlarla çıxış ediblər. Söyün Saqıqov hətta Abbas Abbasovun Ağsaqqalar Şurasının sədri vəzifəsindən uzaqlaşdırıldığı barədə məlumat da yayıb. Lakin sonradan məlum olub ki, “AzerRos”da çoxluq Abbas Abbasovun tərəfindədir və onun Ağsaqqallar Şurasından kənarlaşdırıldığı barədə iddialar doğru deyil.

Qarşı tərəf Söyün Sadıqovun kənar qüvvələrin təsiri ilə “AzerRos”da nifaq saldığını və parçalanma yaratmağa çalışdığını bəyan edib.

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv