Badamdar sürüşmə zonasında sürüşmə kütləsi süxurlarının yola doğru hərəkəti yenə də müşahidə edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahın saat 21:00-a olan məlumatında deyilir.
Aparılan monitorinqlərin nəticəsinə görə, ərazidə nisbi stabillik qalmaqdadır:
“Sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsi süxurlarının yola doğru hərəkəti yenə də müşahidə edilib. Ərazidə nisbi stabillik qalmaqdadır”.
Bundan əvvəl verilən məlumata görə, sürüşmə sahəsi üzərində xırda uçqunlar qeydə alınıb.