!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı avtobusunda maraqlı anlar - Hindli cütlüyün romantik şam yeməyi - VİDEO

!Reklam – Yazi

Hindistanlı ər-arvad özəl günlərini Bakıda sərnişin daşıyan 170 nömrəli avtobusda qeyd ediblər. Avtobus çütlük üçün xüsusi bəzədilib.

Sanki sərnişin avtobusu yox, özəl bir gün üçün bəzədilmiş restorandır.

Cütlüklər bu dəfə evlilik il dönümünü qeyd etmək üçün fərqli yola əl atıblar. Hindistanlı ər-arvad özəl günləri üçün hansısa bahalı məkanı deyil, bakıda sərnişin daşıyan 170 nömrəli avtobusu seçiblər.

Qulati və Ayan cütlüyü özəl günlərini qeyd etmək üçün bakıya üz tutublar. Onlar Bakıda fəaliyyət göstərən şirkətlərdən biri ilə əlaqə saxlayıb və şəhər turu üçün romantik bəzədilmiş avtobus istəyiblər. 170 nömrəli marşurut xəttində olan avtobuslardan biribu formada hazırlanıb

Qeyd edək ki, bu hindistanlı çütlüklərin bakıda keçirdikləri ilk özəl günləri deyil. Hələ bir müddət əvvəl digər hindistanlı çütlük Bakıda özlərinə dəbdəbəli toy etmişdilər.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, hindli turistlərdən bu kimi təkliflər tez-tez gəlir. Hind adətlərində əlamətdar günləri daha çox xaricdə keçirməyə üstünlük verilir

Ekspert deyir ki, bu kimi tədbirlər yüksək səviyyədə təşkil olunmalıdır. Çünkü xaricdə olan bir hindilinin toyuna azı 100 nəfərlik qurup gəlir. Bu isə bir növ turist axınının artmasına gətirib çıxarır.

Hindistanlılarla yanaşı, ərəb ölkələrindən gələn turistlər də özəl günlərini bakıda keçirməyə üstünlük verirlər.

COP29

www.yenicag.az

2794
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv