Bakı Avtovağzalında sərnişinlərə “qayğı” – ESKALATOR İLLƏRDİR İŞLƏMİR - VİDEO

media-hightechnic-468x90

Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişinlərin istifadə etdiyi eskalatorlarla bağlı illərdir mövcud olan problem hələ də həllini tapmayıb.

Yenicag.az xəbər verir ki, kompleksdə Bakıdan gedən avtobusların dayanacağında quraşdırılan eskalatorlardan yalnız aşağı enən işləyir, yuxarı qalxan isə heç vaxt işə salınmır.

Bu vəziyyət xüsusilə yaşlılar və ağır yüklə səyahət edən vətəndaşlar üçün ciddi çətinliklər yaradır. Yaranmış paradoks ondan ibarətdir ki, sərnişinlər üçün eskalator işləməsə belə aşağı enmək elə də böyük çətinlik yaratmır, uzun eskalatorun pillələri ilə qalxmaq isə müşkülə çevrilir.

İllərdir həmin problemin davam etdiyini nəzərə alsaq avtovağzal rəhbərliyi tərəfindən məsələ ilə bağlı heç bir əməli addım atılmayıb. Bu isə belə böyük kompleksdən istifadə edən minlərlə vətəndaş üçün narahatlıq yaradır.

Qurumun mətbuat xidmətinə Yenicag.az-ın ünvanlandığı sorğuya cavab gəlməyib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa