Ötən gecə Avropa Liqasının final matçından öncə UEFA-nın prezidenti Aleksander Çeferin Avroliqanın 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyunun ilk simvolik biletini AFFA-nın prezidenti Rövnəq Abdullayevə təqdim edib.
Yenicag.az xəbər verir ki, simvolik biletin təqdimatında UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.
Xatırladaq ki, UEFA Avropa Liqasının 2018/2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.
Qeyd edək ki, ötən gecə Fransanın “Stade de Lyon” stadionunda keçirilənm final matçında “Atletiko” “Marsel”ə 3:0 hesabı ilə qalib gələrək çempion olub.
www.yenicag.az