“Bakı Metropoliteni”nin yarım milyonluq məsləhət EHTİYACI: Ekspert QSC-dən izah tələb etdi - VİDEO
“Bakı Metropoliteni” QSC genişləndirilmə layihəsi üçün mühəndislik məsləhəti xidməti almaq məqsədilə Türkiyənin “Metro İstanbul” şirkəti ilə ümumi dəyəri 586 min 500 manat olan müqavilə imzalayıb.
Metropolitenin yarım milyon manata məsələhət alması ictimaiyyətdə bəzi suallar doğurub. Xüsusən böyük məbləğin nəyə xərclənəcəyi və xidmətin hansı ehtiyacları qarşılayacağı ilə bağlı aydınlığa ehtiyac var.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli bildiirb ki, sözügedən məsələnin maliyyə əsaslandırılması ictimaiyyətə təqdim edilməlidir.
İlqar Hüseynli “Bakı Metropoliteni”nin indiyə kimi kifayət qədər kadr potensialı formalaşdıra bilmədiyini vurğulayaraq İstanbul metrosunun qısa tarixçəsinə baxmayaraq, bu qədər böyük məbləğin hansı əsaslarla tələb edildiyini sorğulayıb.
“Bu xəbəri oxuyanda, açığı, təəccübləndim. Ortada çox böyük məbləğdə puldan söhbət gedir. Bəlkə də elə texniki detallar var ki, o qiymət müəyyən qədər əsaslandırıla bilər. Amma bunu ictimaiyyətə izah etmək lazımdır ki, “bu pul nəyə sərf olunacaq?” kimi suallar yaranmasın”, – deyə o bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov












