“Bakı Metropoliteni”ndə kadr dəyişikliyi – YENİ RƏİS

“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris Mərkəzinin rəisi Fuad Tağızadə təqaüd yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı səhmdar cəmiyyətinin sədri Zaur Hüseynov əmr imzalayıb.

Onun digər əmri ilə Rüfət Qədəşov adı çəkilən Mərkəzə rəis təyin olunub. Bununla belə, F.Tağızadə bundan sonra Z.Hüseynovun müşaviri kimi əmək fəaliyyətini davam etdirəcək./Report/