Bakı metrosunda DƏHŞƏT - Qadın özünü qatarın altına atdı

media-hightechnic-468x90

Bakıda metroda hadisə baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə “Azadlıq prospekti” metrostansiyasında, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatar yolunda baş verib.

Axşam saat 21:54 radələrində stansiyada olan sərnişinlər arasında orta yaşlı bir qadın qatar yoluna düşüb.

Hadisə qatar stansiyaya daxil olarkən baş verib. Dərhal maşinistə məlumat verilib, 21:55-də qatar relsində gərginlik dayandırılıb. Qadın qatar yolundan çıxarılandan sonra, saat 22:05-də gərginlik bərpa olunub və qatarların hərəkəti bərpa edilib.

İlkin ehtimalla qadının intihara cəhd etdiyi bildirilir.

Faktı Trend-ə Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib. O bildirib ki, hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600