Bakı metrosunda sərnişin polisi döydü

media-hightechnic-468x90

240256“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin stansiyalarından birində sərnişin polisi döyüb. Məlumata görə, hadisə metronun “Həzi Aslanov” stansiyasında baş verib.

Belə ki, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Faris Əsədov sərxoş vəziyyətdə stansiyaya daxil olaraq metrodan istifadə qaydalarını pozub. Bu zaman orada xidmətdə olan polis serjantı Bəhruz Zeynalov onu intizama dəvət edib. Lakin F.Əsədov müqavimət göstərərək B.Zeynalova xəsarət yetirib. Polis əməkdaşı üz nahiyəsindən xəsarət alıb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.(Report.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600