!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosundan istifadə edənlərin sayı 12 faiz-dən çox artıb

!Reklam – Yazi

Bu ilin yanvar-may aylarında Bakı metropoliteninin xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 12,4 faiz artaraq 91 784 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə Bakı metropoliteni 81 648,1 min sərnişin daşıyıb.

Xatırladaq ki, 2022-ci ildə Bakı Metropoliteni 208,7 mln. sərnişin daşıyıb ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.

Qeyd edək ki, 1967-ci il noyabrın 6-sında istifadəyə verilən Bakı metropoliteninin hazırda 27 stansiyası və 40,7 kilometr uzunluğunda 3 xətti var.

Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

COP29

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv